Kabildəki hücuma görə məsuliyyət DEAŞ üzərinə götürüb

Dünən axşam Əfqanıstanın paytaxtı Kabildə törədilən və onlarla insanın ölümü ilə nəticələrən növbəti terror aktına görə məsuliyyəti DEAŞ üzərinə götürüb.

1698199
Kabildəki hücuma görə məsuliyyət DEAŞ üzərinə götürüb

BBC-nin yüksək səviyyəli bir səhiyyə işçisinə istinad etdiyi xəbərə əsasən, Həmid Kərzai Hava Limanına hücum nəticəsində yaralananların köçürüldüyü Xəstəxanasının yaxınında törədilən üçüncü partlayış nəticəsində 60 nəfər həyatını itirib, 140 adam yaralanıb. Beləcə sutka ərzində həyata keçirilən hücumlar nəticəsində həyatını itirən Amerikalı əsgərlərin sayı 12 -yə çatıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi hadisələrdə 15 əsgərin də yaralandığını bildirib.

Qeyd edək ki, Kabildə sutka ərzində 6 partlayış qeydə alınarkən, ABŞ Prezidenti Co Bayden Əfqanıstan səlahiyyətlilərinin də videokonfrans vasitəsilə iştirak etdiyi toplantıdan sonra verdiyi açıqlamada xain hücumun terror təşkilatı DEAŞ tərəfindən törədildiyini təxmin etdiklərini, buna biganə qalmayacaqlarını, cavabın ağır olacağını vurğulayıb.

ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) Komandanı General Kenneth McKenzie, DEAŞ-ın hücumlarının davam edəcəyini proqnozlaşdırdıqlarını qeyd edib.



Әlaqәli Xәbәrlәr