Rusiyadan üç sosial şəbəkəyə 36 milyon rubl cərimə
Rusiya məhkəməsi “WhatsApp”, “Facebook” və “Twitter”i cərimələyib
1697850
Bu barədə “Roskomnadzor”un saytına məlumat yayılıb. Bildirilib ki, Taqanskiy Rayon Məhkəməsi Rusiyadan olan istifadəçilərin məlumatlarını lokalizasiya etməkdən təkrar imtina etdiyi üçün ayrı-ayrı icraatda “Facebook”u 15 milyon rubl, “WhatsApp”ı 4 milyon rubl, “Twitter”i isə 17 milyon rubl məbləğində cərimələyib.
Hər üç sosial şəbəkə Rusiya vətəndaşlarının məlumatlarının lokalizasiyası ilə bağlı tələbi təkrar pozduğuna görə məhkəmə tərəfindən cərimələniblər.