ABŞ-nın İraqdakı səfirliyinə raket hücumu

İraqın paytaxtı Bağdaddakı Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinə raket hücumu təşkil edilib.

1682051
ABŞ-nın İraqdakı səfirliyinə raket hücumu

TRT-nin İraq mətbuatına istinad etdiyi xəbərərə görə, Bağdadda təhlükəsizlik tədbirlərinin yüksək seviyyədə olduğu Yaşıl Bölgədə yerləşən  ABŞ səfirliyinə iki raket atılıb. Hücum nəticəsində ətrafdakı avtomobillərə ziyan dəyib. Can itkisinin olub -olmadığı barədə məlumat verilməyib. İraq hökumətindən də hadisə barədə açıqlama yayılmayıb.

Qeyd edək ki, son zamanlarda ABŞ-ın İraqdakı hədəflərinə tez -tez hücumlar təşkil edilir. Hücumların arxasında İran dəstəkli şiə milislirin olduğu ehtimal edilir.



Әlaqәli Xәbәrlәr