İsrail Qəzzada balıqçılara yeni məhdudiyyət qoyub

İsrail Qəzzadakı balıqçıların balıq ovu sahələrinin 12 mildən 6 milə endirilməsi qərarına gəlib.

1680098
İsrail Qəzzada balıqçılara yeni məhdudiyyət qoyub

Fələstin Bölgələrində Hökümət Fəaliyyətləri Koordinasiya Birliyinin (COGAT) qərara dair açıqlamasında: “Mövcud vəziyyətlə əlaqədar qiymətləndirmələr nəticəsində Qəzzada balıq ovu ərazisinin 12 mildən 6 milə endirilməsi qərarına gəlinib”. Şərhdə qeyd edilib ki, qərar dərhal qüvvəyə minəcək və ikinci bir qərar qəbul edilənə dək tətbiq ediləcək. Açıqlamada həmçinin vurğulanıb ki, qərar, Qəzzadan İsrailə yanan şarlar buraxılması səbəbindən qəbul edilib.

 



Әlaqәli Xәbәrlәr