Əfqanıstanlı əsgərlər Pakistana sığındılar

Pakistan, Əfqan ordusunun və sərhəd polisinin 46 üzvünə sığınacaq axtaran statusu və Pakistana təhlükəsiz keçid hüququ verib.

1680279
Əfqanıstanlı əsgərlər Pakistana sığındılar

Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Ofisindən (ISPR) bu barədə açıqlama yayılıb. Bildirilib ki, Əfqan təhlükəsizlik qüvvələri üzvləri dünən gecə Haybər Pahtunhva əyalətinin Arandu qəsəbəsinin sərhədinə gediblər. Açıqlamada qeyd edilib ki, 46 əsgər və polis ölkədəki təhlükəsizlik vəziyyəti səbəbiylə Pakistan-Əfqanıstan beynəlxalq sərhədində vəzifələrini davam etdirə bilmədikləri üçün Pakistan ordusundan sığınacaq statusu və təhlükəsiz keçid icazəsi tələb ediblər. Pakistan ordusu Əfqanıstan hakimiyyəti ilə ünsiyyət qurduqdan sonra 5-i zabit olmaqla Əfqanıstan ordusu və sərhəd polisinin 46 üzvünə sığınacaq statusu verib.

Xatırladaq ki, Pakistan 1 iyul tarixində də 35 Əfqan əsgərinə ölkəyə təhlükəsiz keçid haqqı vermişdi.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə Taliban silahlılar arasında qarşıdurmalar davam edir.



Әlaqәli Xәbәrlәr