Əfqanıstan silahlı qüvvələri Talibana ağır zərbə endirib

Əfqanıstanda hökumət qüvvələri Talibanın nəzarətində olan bir qəsəbəni geri alıb.

1680358
Əfqanıstan silahlı qüvvələri Talibana ağır zərbə endirib

Əfqanıstan Müdafiə Nazirliyindən yayılan açıqlamada təhlükəsizlik qüvvələrinin Taliban tərəfindən nəzarət edilən əraziləri geri almaq üçün başlatdıqları əməliyyatların davam etdiyi bildirilib. Nazirliyin şərhində: “Əməliyyat nəticəsində Bəlx vilayətinin Kelder qəsəbəsi Talibandan geri alınıb. Qarşıdurmalarda 20 taliban silahlı ölüb, onlarla taliban üzvü yaralanıb”. Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmalar davam edir.

Taliba İyun ayının son həftəsində başlatdığı hücumlar nəticəsində Özbəkistan və Tacikistan sərhədindəki bütün qəsəbələrə nəzarəti ələ keçirib. Özbəkistana uzanan və əhəmiyyətli ticarət yolu hesab edilən Hayratan Sərhəd Qapısını iki istiqamətdən mühasirəyə salaraq cənub-qərbdəki Qaznə vilayətinə irəliləyib. 8 iyulda isə ölkənin İran sərhədindəki İslam qala və 14 iyulda Pakistan sərhədindəki Spin Boldak sərhəd qapılarına nəzarəti ələ keçirib.



Әlaqәli Xәbәrlәr