İranın Təbriz şəhərində Xuzistan əyalətindəki insanları dəstəkləmək üçün etiraz aksiyası keçirilib

İranın Təbriz şəhərində su probleminin yarandığı Xuzistan əyalətindəki insanları dəstəkləmək üçün etiraz aksiyası keçirilib.

1679635
İranın Təbriz şəhərində Xuzistan əyalətindəki  insanları dəstəkləmək üçün etiraz aksiyası keçirilib

İranın Təbriz şəhərində su probleminin yarandığı Xuzistan əyalətindəki insanları dəstəkləmək üçün etiraz aksiyası keçirilib.

Yerli mənbələrdən əldə edilən məlumatlara görə, Təbriz bazarında bir araya gələn böyük bir kütlə şüarlar səsləndirərək, Xuzistan əyalətinin bölgələrində suyun verilməməsinə etiraz edən xalqa dəstək verib.

Sosial mediada yayımlanan görüntülərdə bəzi nümayişçilərin rejim əleyhinə şüarlar səsləndirdiyi görülür.

Kütləni dağıtmaq üçün nümayişçilərə müdaxilə edən təhlükəsizlik qüvvələri onlardan bəzilərini həbs edib. Digər tərəfdən, şəhərdə internetin məhdudlaşdırıldığı öyrənilib.

İranda Azərbaycan türkü fəallar 23 iyulda Təbriz başda olmaqla bəzi şəhərlərdə Xuzistanı dəstəkləyən nümayişlərə çağırmışdılar. Bu çağırışlardan sonra bəzi fəallar həbs edilib.

Qeyd edək ki, İranın cənub-qərbində ərəb əhalinin sıx yaşadığı Xuzistan əyalətində suyun verilməməsinə reaksiya göstərən bölgə xalqı 15 iyuldan bəri hər gecə küçələrə çıxaraq etiraz nümayişləri keçirir. İran səlahiyyətliləri indiyə qədər nümayişlərdə 5 nümayişçinin və bir polisin həyatını itirdiyini açıqlayıb. Səlahiyyətli şəxslər nümayişçilərin təxribat qrupları tərəfindən öldürüldüyünü iddia edirlər. Beynəlxalq Əfv Təşkilatı isə təhlükəsizlik qüvvələrinin ən az 8 nümayişçini öldürdüyünü irəli sürüb.



Әlaqәli Xәbәrlәr