İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfər ölüb

İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfərin həlak olduğu, 102 nəfərin isə həsb edildiyi bildirilib.

1679465
İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfər ölüb

İranın Xuzistan əyalətində susuzluğa qarşı etirazlar zamanı 9 nəfərin həlak olduğu, 102 nəfərin isə həsb edildiyi bildirilib. 

Həbs edilənlr arasında 16 yaşında iki uşağın da olduğu qeyd edilib. 

Bildirilir ki, ötən 9 gündə kütləvi etirazlara qatılan Xuzistan şəhərlərində havanın temperaturunun 48 dərəcəyə yüksəldiyi bir halda əhaliyə elektrik enerjisinin verilməsi də dayandırılıb, əyalətdə internet tamamilə kəsilib və ya son dərəcə məhdudlaşdırılıb.
Yayılan məlumata əsasən, Susəngerd şəhərinin giriş yolları da beton maneələrlə bağlanılıb, avtomobillərin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb. 

Dünən həmçinin etirazların başlandığı gündən bəri ilk dəfə olaraq, İranın birinci vitse-prezidenti İshaq Cahangir Xuzistana səfər edib. 
Əvvəlcə Xuzistanın şamalında yerləşən Kərxə su bəndinə baxış keçirən Cahangiri sonra Əhvaz şəhərinə gedərək, əyalət başçıları, eləcə də bir sıra yerli tayfa başçıları ilə görüşərək əyalətdə yaranmış su problemini müzakirə edib. 

Görüşdə Xuzistanın bir sıra ərəb tayfa başçıları hökumətin səriştəsizliyinə və onun Xuzistan əhalisinin su tələbinə laqeyd qalmasına öz etirazlarını bildiriblər.

Cihangiri ilə yanaşı İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selaminin bölgədəki su böhranının həlli istiqamətində davam edən səyləri araşdırmaq üçün Xuzistana getdiyi bildirilib.

Digər tərəfdən, Kino Evi və Yazıçılar Birliyi kimi sənətkarlar dərnəklərinin, habelə Xumayun Şeceriyan və Hüseyn Əlizadə kimi məşhur adların laqeyd qalmadığı Xuzistandakı vəziyyətə ölkənin aparıcı sənətçilərinin reaksiyası davam edir.

Nəhayətdünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi sosial media hesabından “Dinlə” başlıqlı paylaşımında ​​“Etiraz fəryadlarına güllə və həbslə cavab verilir” sözləri ilə Xuzistan hadisələrinə reaksiya verib.



Әlaqәli Xәbәrlәr