Suriya müxalifəti Makrona reaksiya verdi

SMDK Emmanuel Makronun bölücü terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG-nin rəhbərlik etdiyi "Suriya Demokratik Şurası" üzvləri ilə görüşməsinə reaksiya göstərib.

1678131
Suriya müxalifəti Makrona reaksiya verdi

Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) Fransa Prezidenti Emmanuel Makronun bölücü terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG-nin rəhbərlik etdiyi "Suriya Demokratik Şurası" üzvləri ilə görüşməsinə reaksiya göstərib. 

Suriya müxalifətinin əsas təşkilatı SMDK terror təşkilatı PKK-nın Suriyadakı davamı olan PYD/YPG rəhbərliyi altındakı qondarma "Suriya Demokratik Şurası"nın Fransada Prezident Makronla görüşünə dair yazılı bir bəyanat yayıb.

Terror təşkilatı PYD/ PG-nin PKK ilə üzvi əlaqələri olduğuna diqqət çəkilən bəyanatda bunlar qeyd edilib:

"Fransa prezidentinin terrorçu PYD milis heyəti ilə görüşü kədərli və narahat doğuran haldır. PYD ilə əlaqə saxlamaq üçün yol açmaq terror təşkilatı PKK ilə birbaşa əlaqənin elan edilməsidir. Bu milislər Suriya xalqına qarşı deportasiya, demoqrafik quruluşu dəyişdirmə və müxtəlif cinayətlər işləmişdir. Suriya xalqına özlərini təzyiqlə qəbul etdirən bu milisləri tanımaq Suriyanın ərazi bütövlüyünü pozmaqdır".



Әlaqәli Xәbәrlәr