Pakistan BMT-dən Kəşmirli uşaqları qorumasını tələb edib

Pakistanın Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdindəki Daimi Nümayəndəsi Münir Əkrəm, Təhlükəsizlik Şurasını Jammu və Kəşmir başda olmaqla qarşıdurmaların olduğu bölgələrdəki uşaqları qorumaq üçün təcili tədbirlər həyata keçirməyə çağırıb.

1667438
Pakistan BMT-dən Kəşmirli uşaqları qorumasını tələb edib

TRT-nin Pakistan mediasına istinad etdiyi xəbərə görə Münir Əkrəm çağırışında Hindistan təhlükəsizlik qüvvələrinin qəsdən hava tapançası ilə uşaqları hədəf aldığına diqqət çəkdi. Qadınlar və uşaqlar da daxil olmaqla 300-dən çox məsum Kəşmirlinin toqquşmalarda və axtarış əməliyyatlarında həyatını itirdiyinə diqqət çəkən Əkrəm, BMT Təhlükəsizlik Şurasını, xüsusilə Jammu və Kəşmir başda olmaqla münaqişə bölgələrindəki uşaqları qorumaq üçün təcili addımlar atmağa çağırıb.

Qeyd edək ki, BMT Baş Katibi Antonio Quterres də dünən açıqladığı “Uşaqlar və Silahlı Münaqişə” adlı hesabatında Jammu və Kəşmirdə insan haqları pozuntuları ilə əlaqəli narahatlıqlarını vurğulayaraq, Hindistan hökumətini uşaqlara qarşı hava tapançası istifadəsini dayandırmağa çağırdı. Pakistan Xarici İşlər Nazirliyi isə BMT-nin hesabatını yüksək qiymətləndirdi.



Әlaqәli Xәbәrlәr