İraqda  aksiyalar davam  edir

İraqda elektrik enerjisinin kəsilməsinə etiraz edən nümayişçilərə   sərt müdaxilə  edilib.

1667126
İraqda  aksiyalar davam  edir

İraq təhlükəsizlik qüvvələrinin ölkənin cənubundakı Vasit vilayətində elektrik enerjisinin kəsilməsinə etiraz edən nümayişçilərə müdaxiləsi nəticəsində 4 nəfər yaralanıb.

Məlumata  görə  yüzlərlə insan Vasit  şəhərində  elektrik enerjisinin uzun müddət kəsilməsinə etiraz olaraq “Əl-Əziziyə” elektrik stansiyasının qarşısında toplaşıb.  Təhlükəsizlik qüvvələri silahsız nümayişçilərə atəş açıb. Hadisələr  nəticisində  3-ü ağır olmaqla 4 nümayişçi yaralanıb.

Xatırladaq  ki, İraq elektrik  enerjisi  üzrə   nazir Məcid Mehdi Hantuş, elektrik kəsintilərinə görə etiraz nümayişlərinin  artmasını   səbəb  göstərərək keçən  həftə   vəzifəsindən  istefa  verdi. 

Hava  istiliyinin  50 dərəcəyə çatdığı ölkədə insanlar istilərdən başqa  bir  də  yaşanan elektrik kəsilməsi problemi  ilə  mübarizə aparırlar.

 



Әlaqәli Xәbәrlәr