İordan çayının Qərb sahilində fələstinlilərə hücum təşkil edilib

İsrail İşğalı altında olan İordan çayının Qərb sahilində yerləşən Tubas və Nablus şəhərlərində mülki Yəhudi işğalçılar Fələstinllərə hücum təşkil ediblər.

1665816
İordan çayının Qərb sahilində fələstinlilərə hücum təşkil edilib

Yerli mənbələrdən əldə edilən məlumata görə bir qrup Yəhudi işğalçı, Tubas şəhərinin Teyasir kəndinin şərq ərazisində Fələstinlilərə hücum təşkil edib. Hadisədə yaralanan 3 Fələstinli gənc Tubasdakı Türk Dövlət Xəstəxanasında yarləşdirilib.

Fələstin Qurtuluş Təşkilatının Yəhudi Məskunlaşma Yerləri faylından məsul Qassan Dağlas da yaydığı açıqlamada bir qrup mülki Yəhudi işğalçısının Nablusun cənubundakı Duma kəndi yaxınlığında Yusuf Fəyyad Devabşə adlı Fələstinlinin avtomobilinə atəş ediyi, hücum nəticəsində vasitədə ağır xəsarət yaransa da insan itkisi olmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsani Koordinasiya Ofisinin (OCHA) hesabatına görə, ilin əvvəlindən 21 May tarixinədək olan müddət ərzində Fələstin mülklərinə təşkil edilən hücumlarda 66 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr