Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

1665476
Ermənistanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tigran Mukuçyan Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının 53,91 faiz, yəni 688 761 səs topladığını açıqlayıb.

Sabiq prezident R. Koçaryanın "Ermənistan İttifaqı"nın 21,09 faiz səs topladığını qeyd edən Mukuçyan sabiq prezident və baş nazir S. Sarkisyanın dəstəklədiyi "Qürurum Var İttifaqı'nın isə 5,22 faiz xəttini ötərək parlamentə girən üçüncü partiya olduğunu vurğulayıb. 

 

 



Әlaqәli Xәbәrlәr