Terror təşkilatı YPG/PKK Tel Abyada hücum edib, bir qadın ölüb

Terror təşkilatı YPG/PKK-nın Suriyanın Tel Abyad vilayətinin Molla Barho kəndinə etdiyi hücumda bir qadın ölüb, bir dinc vətəndaş isə yaralanıb.

1664540

YPG/PKK terrorçuları M4 magistral yolunun cənubunda işğal etməyə davam etdikləri ərazilərdən biri olan Tel Abyad vilayətinin cənubundakı Molla Barho kəndini iyunun 24-ü axşam saatlarında qurudan-quruya atəş edən silahlarla hədəf alıb.

Hücumda bir qadın ölüb, dinc vətəndaşlardan bir nəfər isə yaralanıb.

Hücumdan sonra kənddə yaşayan təxminən 100 dinc sakin Hammam Türkmən bölgəsinə sığınıb.

Terror təşkilatı YPG/PKK bəzən M4 magistral yolunun cənubundakı ərazilərindən "Sülh çeşməsi" əməliyyatı sərhədləri daxilindəki yaşayış məntəqələrinə hücumlar təşkil edir.

Әlaqәli Xәbәrlәr