Terror təşkilatı YPG/PKK Simalka sərhəd-keçid məntəqəsini dinc vətəndaşlar üçün bağlayıb

Terror təşkilatı YPG/PKK İraq Kürd Regional Rəhbərliyi ilə Suriya arasındakı Simalka sərhəd-keçid məntəqəsini dinc vətəndaşlara bağlayıb.

1662932

Yerli qaynaqlardan əldə edilən məlumata görə, İraq Kürd Regional Rəhbərliyi YPG/PKK-nın işğalındakı Hasekedən İraqa keçmək istəyən sərnişinlərin keçməsinə dair yeni əsaslar qəbul edib. 

Yeni tənzimləməylə Suriyaya açılan qapı olan Fişhabura nəzarət edən İraq Kürd Regional Rəhbərliyi Hasekedəki Simalka sərhəd-keçid məntəqəsindən İraqa keçmək istəyən mülki şəxslərin onlayn müraciət etməsini məcburi edib.

Tənzimlənmədən əvvəl Simalka-Fişhabur sərhəd-keçid məntəqəsindən yalnız terror təşkilatının qarşı tərəfə çatdırdığı siyahılardakı adlar İraqa girə bilirdi.

İraq Kürd Regional Rəhbərliyin bu addımı qarşısında terror təşkilatı YPG/PKK Simalka sərhəd-keçid məntəqəsini sərnişin keçidlərinə bağlayıb.

Fişhabur ilə Simalka arasında ticari fəaliyyətlər isə davam edir.

Әlaqәli Xәbәrlәr