“NATO narahatlıq yaradır, həm də Rusiyanın təklifini rədd edir”, V.Putin

IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış proqramına göndərdiyi video-çıxışında V.Putin deyib...

1663527
“NATO narahatlıq yaradır, həm də Rusiyanın təklifini rədd edir”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin ölkəsinin sərhədlərində NATO hərbi qüvvə və infrastrukturunu yerləşdirməsinin narahatlıq verdiyini söyləyib.

  IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının açılış proqramına göndərdiyi video-çıxışında V.Putin deyib: “Rusiya səlahiyyətliləri barış və təhlükəsizliyi zəmanət altına almaq və əlaqədar bütün ortaqlarla dialoq qurmaq üçün hər şeyi edəcək.

  Heç bir zaman digər ölkələrə istəyimizi diktə etmirik.

  Siyasi və diplomatik yollardan istifadə edərək bərabər şərtlərdə qlobal və regional problemlərin həlli üçün bütün ölkələrlə yaradıcı əməkdaşlığı genişləndirməyə hazırıq.

  Rusiyanın səyləri riskləri azaltmaq, proqnozları müəyyən etmək və silahlanma daxil olmaqla bütün mövzularda dialoq və konkret müqavilələrlə hərəkət etməkdir.

  Siyasi iradə və uzlaşma istəyinin müsbət nəticə verə biləcəyinə inanıram. Bunun açıq bir dəlili Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin 2026-cı ilə qədər uzadılmasıdır.

  Rusiyanın sərhədlərində NATO-nun hərbi potensialını və infrastrukturunu inkişaf etdirməsi narahatvericidir. İttifaq gərginliyi və gözlənilməyən hadisələr riskini azaltma istiqamətində Rusiyanın təklifini rədd edir.

  Rusiya tərəfi qurucu əlaqələr və sağlam fikrin inkişaf etdirilməsi arzusunun qalib gələcəyinə ümid bəsləyir.

  Qlobal təhlükəsizliyi təminetmənin əhəmiyyətli istiqaməti regional qarşıdurmaların həll edilməsidir. Rusiya bu işdə aktiv şəkildə çalışır. Məsələn, Suriya məsələsində rolumuz var. Türkiyə və İranla Astana formatı çərçivəsində siyasi və diplomatik işlər gördük. Rusiyanın sayəsində Dağlıq Qarabağda qarşıdurmalar dayandırıldı”.



Әlaqәli Xәbәrlәr