Suriyada rejim qüvvәlәri İdlibin cәnubundakı kәndlәrә hücum tәşkil edib, ölәnlәr var

Suriyada Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi terror qruplaşmalar İdlib Dealkalasiya Zonası sərhədləri daxilindəki Bara və İhsim kəndlərinə hücum tәşkil edib.

1661992
Suriyada rejim qüvvәlәri İdlibin cәnubundakı kәndlәrә hücum tәşkil edib, ölәnlәr var

Suriya Mülki Müdafiə Media nümayәndәsi Həsən əl-Əhməd bu  barәdә   açıqlama  verib. Qeyd edib ki, rejim qüvvələrinin İdlibin cənubundakı Bara və İhsim kəndlərinə hücumu  nәticәsindә Barada  iki İhsim  kәndindә  isә   5  olmaqla  7  nәfәr hәyatını itirib. Yaralanan 10 nəfər yaxınlıqdakı xəstəxanalarda  yerlәşdirilib. 

Bölgәdәn әldә  edilәn  mәlumata  görә  Əsəd rejimi qüvvələrinin bu gün  səhər tezdən İdlibin cənubundakı İhsim, Meşun, Mastuma, Sfohin, Filyfil, Kensafra və Belyun kəndlərinә  başlatdığı  әmәliyyatlar davam  edir. 



Әlaqәli Xәbәrlәr