Ermənistanda yenə baş nazir Nikol Paşinyan oldu

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb

1661721
Ermənistanda yenə baş nazir Nikol Paşinyan oldu

 

  Ermənistanda edilən erkən parlament seçkisini, rəsmi olmayan ilk nəticələrə görə, Nikol Paşinyanın partiyası qazandı.

  2008 seçki məntəqəsində səslərin sayılması prosesi 100 faiz yekunlaşdırılıb. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

  Nəticələrə görə, Vətəndaş Müqaviləsi partiyası səslərin 53.92 faizini toplayaraq qalib olub. Ermənistan Bloku isə səslərin 21,04 faizini toplaya bilib.

  Beləliklə, Nikol Paşinyanın partiyası Yerevanda olduğu kimi Sünik də daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib.



Әlaqәli Xәbәrlәr