“ABŞ-ın İrana sanksiyaları qısa müddətdə qalxacaq”, H.Ruhani

İranın müxtəlif bölgələrindəki ticarət obyektlərinin açılış mərasiminə video-konfrans yolu ilə qatılan H.Ruhani ABŞ sanksiyalarıyla əlaqədar deyib...

1662191
“ABŞ-ın İrana sanksiyaları qısa müddətdə qalxacaq”, H.Ruhani

 

  İran prezidenti Həsən Ruhani ölkəsinə istiqamətli Amerika Birləşmiş Ştatlarının sanksiyalarının qısa müddətdə aradan qalxacağını söyləyib.

  İranın müxtəlif bölgələrindəki ticarət obyektlərinin açılış mərasiminə video-konfrans yolu ilə qatılan H.Ruhani ABŞ sanksiyalarıyla əlaqədar deyib: “ABŞ Xəzinə Nazirliyi səlahiyyətliləri yeni tip koronavirusla (Covid-19) bağlı sanksiyaları qaldırmağa hazır olduqlarını bildiriblər. ABŞ-ın yeni hökuməti dəfələrlə bu qadağaları bir kənara buraxmaq lazım olduğunu dilə gətirib. Bu baxımdan qısa müddətdə sanksiyalar aradan qalxacaq və xarici sərmayə İrana doğru axacaq."



Әlaqәli Xәbәrlәr