Əsəd qüvvələri idlibdə növbəti dəfə atəşkəsi pozublar

Suriyada, Əsəd rejimi və tərəfdarı İranın nəzarəti altındakı terrorçular İdlib “Deeskalasiya Bölgəsində” mülki yaşayış məntəqələrinə hücum təşkil edərək atəşkəsi pozublar.

1657405
Əsəd qüvvələri idlibdə növbəti dəfə atəşkəsi pozublar

İdlibin cənub-şərqindəki Maarratünnuman bölgəsində yerləşən rejim qüvvələri, İdlibin cənubundakı M4 magistral yolunda yerləşən Mağara, Beynin və Kensefra kəndlərinə hücum ağır silahlarla hücum təşkil ediblər. Atəşkəsin pozulduğu hücum nəticəsində ikisi uşaq və biri qadın olmaqla üç mülki şəxs yaralanıb. Yaralılar xəstəxanalarda yerləşdirilib.



Әlaqәli Xәbәrlәr