Pakistanın Sind əyalətində sərnişin qatarı qəzaya düşüb

Pakistanın Sind əyalətində baş verən qatar qəzasında 38 nəfər həyatını itirib, 64 nəfər yaralanıb.

1653119
Pakistanın Sind əyalətində sərnişin qatarı qəzaya düşüb

Səlahiyyətlilərin yaydıqları məlumata görə qəza əyalətin Gotki bölgəsində baş verib. Bildirilib ki, Gotki istiqamətdə irəliləyən qatarın vaqonu aşıb və qarşıdan gələn başqa qatar ilə toqquşub. Qəzada 38 nəfər ölüb, 64 nəfər yaralanıb. Qəzanın baş verdiyi ərazidə axtarma və xilasetmə işləri davam edir.-Yenilənib



Әlaqәli Xәbәrlәr