Baş nazir Binyamin Netanyahunun gərginliyi artıran açıqlamaları davam edir

İsrail polisinin Fələstinlilərə hücumları davam edərkən, Baş nazir Binyamin Netanyahunun “Müharibənin ortasındayıq və var gücümüzlə hücuma davam edəcəyik” sözləri gərginliyi daha da artırdı.

1638225
Baş nazir Binyamin Netanyahunun gərginliyi artıran açıqlamaları davam edir

Binyamin Netanyahu, müdafiə naziri Benny Gantz və Baş Qərargah rəisi Əviv Koçavi daxil olmaqla hərbi səlahiyyətlilər keçirdiyi yığıncaqda Həmas-a yönəlik təhdidlər yağdırıb və müharibənin vaxt tələb edəcəyinə diqqət çəkib. İsrail xalqının təhlükəsizliyini təmin edəcəklirini ifadə edən Netanyahu hücumların intensivliyini və sürətini artıracaqlarını qeyd edib.

İsrail Müdafiə Naziri Benny Gantz isə bu günə qədər Qəzzaya təşkil edilən hücumların “yalnız başlanğıc” olduğunu deyib.

Xatırladaq ki, İsrail polisi verilən möhlətin sona çatmasına baxmayaraq, işğal olunmuş Şərqi Qüdsdəki Məscidül-Əqsa və Şeyx Cərrah Məhəlləsindən çıxmadığı üçün Qəzza zolağındakı Fələstinli müqavimət qrupları tərəfindən İsrailə çox sayda raket atıldı. Hücumlarda 5 İsrailli həyatını itirdi. Həmin hadisədən sonra İsrail ordusu Qəzza zolağına qarşı “Divarların Mühafizəsi” adlı hərbi əməliyyat başlatdı.



Әlaqәli Xәbәrlәr