Əfqanıstanda taliban atəşkəs elan edib

Əfqanıstanda Taliban 3 gün davam edəcək Ramazan Bayramı müddətincə atəşkəs tətbiqinə sadiq qalacağını bildirib.

1637193
Əfqanıstanda taliban atəşkəs elan edib

Taliban təşkilatının açıqlamasında silahlılara bayram müddətincə hücumdan imtina etmələri barədə təlimat verildiyi bildirilib. Açıqlamada qeyd edilib ki, Taliban yaraqlılar hökumətin nəzarəti altındakı ərazilərə və eləcə də hökumət qüvvələrinin Talibanın nəzarət etdiyi bölgələrə gedmiyəcəklər. Atəşkəs qərarının insanların bayram tətilini dinclik və təhlükəsizlik şəraitində keçirmələri üçün qəbul edildiyinə diqqət çəkilən şərhdə, qarşı tərəfin qərarı ixlal edərək atəş açması halında buna biganə qalınmayacağı vurğulanıb.

Əfqanıstan hökuməti isə Talibanın atəşkəs qərarına münasibət bildirilməyib.

 



Әlaqәli Xәbәrlәr