Ersin Tatar Avropa Günü münasibәtilә bәyanat yayıb

Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Ersin Tatar Avropa İttifaqının Kıbrıs mәsәlәsindәki  birtәrәfli mövqeyinә görә narahat olduqlarını deyib.

1637083

Prezident Ersin Tatar Avropa Günü münasibәtilә bәyanat yayıb.

Ersin Tatar Avropa İttifaqının Kıbrıs mәsәlәsindә öz prinsiplәrindәn uzaqlaşdığını bildirib. Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti bunun hәll ilә bağlı göstәrilәn sәylәrә zәrәr verdiyini vurğulayıb.

‘‘Avropa İttifaqının Kıbrıs mәsәlәsi ilә bağlı birtәrәfli mövqeyinә görә narahatıq’’,-deyә Ersin Tatar vurğulayıb.

Ersin Tatar Avropa İttifaqına üzv olan  Cәnubi Kıbrıs Rum Rәhbәrliyinin bu üzvlüyü tәhdid vә şantaj üçün istifadә etdiyini vә Avropa İttifaqından aldığı güclә barışmaz mövqeyini davam etdirdiyini deyib.

Rum icmasının bu mövqeyinin qәbuledilmәz olduğunu vurğulayan Ersin Tatar deyib: ‘‘Avropa İttifaqından gözlәntimiz Kıbrısdakı türk icmasının suverenliklә bağlı tәlәblәrini  nәzәrә almasıdır vә buna uyğun şәkildә hәrәkәt etmәsidir’’.

Әlaqәli Xәbәrlәr