Pirim Kul Ziyayi sui-qəsd nəticəsində həyatını itirdi

Əfqanıstanda Cümbüş Partiyasının sədr müavini və ölkinin şimal-şərqindəki qoşunların komandiri Pirim Kul Ziyayi sui-qəsd nəticəsində həyatını itirib.

1632835
Pirim Kul Ziyayi sui-qəsd nəticəsində həyatını itirdi

Tahar vilayətinin Polis İdarəsinin sözçüsü Halil Əsir bu barədə açıqlama verib. Qeyd edib ki, Cümbüş Partiyasının sədr müavini və güçlü komandirlərdən Pirim Kul Ziyayi Tahar şəhərinin Rustak rayonunun Girdab kəndində həyata keçirilən hücum nəticəsində ölüb. Əsirin sözlərinə görə Ziyayi daha əvvəl sözügedən kənddə Taliban-a qarşı əməliyyat həyata keçirib.

Ziyayinin iki mühafizəçisinin də yaralandığı hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr