Fələstinli  aksiyaçılara sərt müdaxilə edildi

İsrail polisi, işğal altında olan Şərqi Qüdsün Şeyx Cərrah Məhəlləsində məskunlaşma əleyhinə nümayiş təşkil edən Fələstinlilərə qarşı sərt müdaxilə edib.

1630495
Fələstinli  aksiyaçılara sərt müdaxilə edildi

Bir qrup Fələstinli, İsrailin məcburi köç təhdidi ilə üz-üzə gələn Şeyx Cərrah Məhəlləsinin sakinləri ilə həmrəylik nümayişi keçirib. Nümayiş  zamanı   məhəllədəki  Yəhudi köçkünlər  ilə  Fələstinlilər  arasında  münaqişə  yaranıb.  İsrail polisi isə aksiyaçıların  dağılmaları   üçün  onlara   müdaxilə    edib  və  bir  Fələstinlini   nəzarətə  götürüb. Çox  sayda  Fələstinli  yaralanıb.  

Qeyd  edək  ki, 1956-cı ildən bəri işğal altındakı Şərqi Qüdsdə Şeyx Cərrah Məhəlləsində yaşayan Fələstinlilər İsrailin məcburi köç təhdidlərinə məruz qalırlar.  Lakin 1948-ci ildən  sonra  Fələstinli Qaçqınlar üzrə Birgə Komitə ilə UNRWA və Şərqi Qüds ilə   İordan çayının qərb sahilini idarə edən İordaniya dövləti arasınd  imzalanan   razılaşma çərçivəsində Fələstinlilər Şeyx Cərrah Məhəlləsində yerləşiblər.    



Әlaqәli Xәbәrlәr