Fələstinli balıqçılar İsrailin qərarına reaksiya verib

İsrail hökuməti Qəzzalı balıqçıların Aralıq dənizində balıq ovu üçün dəniz ərazisi məsafəsini 15 mildən 9 milə endirilməsi qərarına gəlib.

1628453
Fələstinli balıqçılar İsrailin qərarına reaksiya verib

Fələstin Balıqçılar Birliyinin rəhbəri Nizar Ayyaşın məlumatına görə qərar bu gündən etibarən qüvvəyə minəcək.

Ayyaş, balıq ovu üçün ərazini 15 mildən 9 milə endirmə qərarının maliyyə baxımından Qəzzadakı balıqçılara ağır zərbə endirəcəyini ifadə edərək, qərarı qınadığını bildirib və bu səhvdən imtina edilməsini istəyib.



Әlaqәli Xәbәrlәr