İsrail polisinin müdaxiləsi nəticəsində daha 105 Fələstinli yaralanıb

İsrail polisinin Şərqi Qüdsün İçərişəhər ətrafındakı Fələstinlilərə qarşı müdaxiləsi nəticəsində 105 nəfər yaralanıb.

1626832
İsrail polisinin müdaxiləsi nəticəsində daha 105 Fələstinli yaralanıb

Fələstin Qızıl Aypara Cəmiyyətinin açıqlamasında qeyd edilib ki, dünən Şərqi Qüdsün İçərişəhərinin ətrafında İsrail polisinin Fələstinlilərə müdaxiləsi nəticəsində 105 fələstinli yaralanıb. Onlardan 12-si xəstəxanaya yerləşdirilib. İsrail polisinin Şam darvazası başda olmaqla İçərişəhər ətrafında Fələstinlilərə qarşı müdaxiləsinin davam etdiyinə diqqət çəkilən açıqlmada İrqçi Yəhudilərin İçərişəhər ərazisinə daxil olmalarına icazə verilmədiyi bildirilib.

Fələstin rəhbərliyi isə beynəlxalq ictimaiyyəti işğal altındakı Şərqi Qüdsdəki Fələstinliləri fanatik Yəhudilərə qarşı qorumağa çağırıb.

Qeyd edək  İsrailin Ramazan ayının ilk günündən bəri   həyata  keçirdiyi bölgədə tədbirlər davam edir.  Bu   səbəbdən gərginlik hər keçən gün artır.



Әlaqәli Xәbәrlәr