Yunan başçılar Kipri müzakirə etdilər

Maksimu Sarayında keçirilən görüşdən sonra Yunanıstan Baş Nazirliyindən şərh paylaşılaraq bildirilib...

1625913
Yunan başçılar Kipri müzakirə etdilər

 

  Cənubi Kiprin başçısı Nikos Anastasiadis və Yunanıstanın baş naziri Kiryakos Miçotakis Cenevrədəki Kipr mövzulu 5+1 formatındakı qeyri-rəsmi yığıncağın hazırlıqlarını müzakirə etmək üçün paytaxt Afinada bir araya gəldilər.

  Maksimu Sarayında keçirilən görüşdən sonra Yunanıstan Baş Nazirliyindən şərh paylaşılaraq bildirilib: “İki başçı Cenevrədəki yığıncaqdan əvvəl koordinasiyanı təmin etməyə yönəlik müzakirələr apardılar”.

  Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi və qarantor ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin iştirakıyla 5+BM formatındakı qeyri-rəsmi Kipr yığıncağı 27-29 aprel tarixlərində İsveçrənin Cenevrə şəhərində olacaq.



Әlaqәli Xәbәrlәr