10 Rusiya diplomatına qarşı 10 ABŞ + 5 Polşa diplomatı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib...

1622908
10 Rusiya diplomatına qarşı 10 ABŞ + 5 Polşa diplomatı

 

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının 10 rus diplomatını ölkəxarici etmə qərarına qarşılıq olaraq 10 ABŞ diplomatını ölkəxarici edəcəklərini bildirdi.

  Rusiyada rəsmi səfərdə olan Serbiya xarici işlər naziri Nikola Selakoviçlə paytaxt Moskvada təşkil edilən mətbuat konfransında S.Lavrov Amerikanın Rusiyaya yeni sanksiya qərarları ilə bağlı danışaraq deyib: “ABŞ 10 Rusiya diplomatını ölkəxarici etmə qərarı verdi. Qarşılığında biz də lazım olan addımları ataraq Amerikanın 10 diplomatının Rusiyanı tərk etməsini istəyəcəyik.

  ABŞ-ın Rusiya Səfirliyində bizim və üçüncü ölkə vətəndaşlarının işlədilməmə səbəbi barədə tədbirlər görəcəyik. Amerika qəbul etməzsə, ABŞ-dan Rusiyada olan diplomat sayını 300-ə salmasını tələb edəcəyik.

  Rusiyada fəaliyyət göstərərək ölkənin daxili işlərinə açıq şəkildə müdaxilə edən ABŞ fond və qeyri-hökumət təşkilatlarının işlərini yoxlayacaq, məhdudlaşdıracaq və ya tamamilə dayandıracağıq."

  Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi sözügedən mövzu ilə bağlı yazılı şərh paylaşaraq bildirib: “ABŞ Rusiyaya qarşı düşməncə hərəkətlər və ikili əlaqələri pozmağa davam edir. Rəsmi Vaşinqton yeni geosiyasi reallıqlarda təktərəfli dirənmələrə yer olmadığı həqiqətinə dözmək istəmir."

  Bundan başqa, Rusiya Xarici İşlər Nazirliyi Polşanın da 3 rusiyalı, 5 polyak diplomatını ölkəxarici etmə qərarı verib.  

  Xatırladaq ki, ABŞ prezidenti Co Bayden aprelin 15-də kiber hücum cəhdi və keçənilki prezident seçkilərinə təsiretmə fəaliyyətlərilə bağlı adı hallanan 10 Rusiya diplomatının ölkəxarici ediləcəyini bildirib, Xəzinə Nazirliyi isə eyni səbəbdən Rusiya iqtisadiyyatını hədəfə alan silsilə sanksiya hədələri gəlib.



Әlaqәli Xәbәrlәr