“Türkiyə ilə bir çox məsələdə razılığa gəlmişik”, V.Zelenski

Ukrayna Prezident Aparatı saytında paylaşılan, “Le Figaro”ya verdiyi reportajda Türkiyə səfərini qiymətləndirən V.Zelenski deyib...

1622893
“Türkiyə ilə bir çox məsələdə razılığa gəlmişik”, V.Zelenski

 

  Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna və Türkiyə arasındakı 5,5 milyard dollarlıq ticarət həcmini ikiyə qatlamaq istədiklərini bildirib.

  Ukrayna Prezident Aparatı saytında paylaşılan, “Le Figaro”ya verdiyi reportajda Türkiyə səfərini qiymətləndirən V.Zelenski deyib: “Türkiyə ilə yaxşı münasibətlərimiz var. Bir çox məsələdə razılığa gəlmişik. Məsələn, işğaldan sonra evlərindən didərgin düşmüş Krım tatarları və krımlılara müvəqqəti məskunlaşmaları üçün 500 ev tikəcəyik.

  Ukrayna-Türkiyə arasında 5,5 milyard dollarlıq ticarət həcmi var, bu rəqəmi 2 dəfə artırmaq istəyirik.

  Qara dənizdə əməkdaşlığın təhlükəsizlik vəziyyətilə bağlı ortaq görüşə sahibik.

  Türkiyə Ukraynanı gələcək NATO üzvü kimi dəstəkləyir”.



Әlaqәli Xәbәrlәr