Pakistanda futbol qarşılaşması əsnasında partlayı törədilib

Pakistanın Bəluçistan əyalətində şəhid polislərin xatirəsinə təşkil edilən futbol qarşılaşmasına bombalı hücum təşkil edilib.

1621068
Pakistanda futbol qarşılaşması əsnasında partlayı törədilib

Pakistan rəsmilərinin yaydıqları məlumata görə hadisə Hub şəhərinin Allahabad qəsəbəsində törədilib. Futbol qarşılaşması əsnasında həyata keçirilən hücum nəticəsində 12 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

İstintaq başladılan hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr