Gürcüstan parlamentinin 6 millәt vәkili istefa verib

Gürcüstan parlamentinin deputatları - Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Motsereliya, Şalva Kereselidze və Mixeil Dauşvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından istefa veriblər.

1621147
Gürcüstan parlamentinin 6 millәt vәkili istefa verib

Parlament üzvü  G.Xocevanişvili keçirdiyi brifinqdə bu barәdә  mәlumat verib. Qeyd  edib ki, 6 parlamentar bu gündən müstəqil deputat kimi fəaliyyət göstərəcək və keçmiş baş nazir Giorgi Qaxariyanın komandasına qoşulacaq.

Yayılan məlumatlara əsasən, G.Qaxariya partiya yaratmağı planlaşdırır.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. 46 yaşlı siyasətçi hökumət başçısı vəzifəsindən istefa verməklə yanaşı hakim partiyanın sıralarını da tərk edib. O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirib.

 



Әlaqәli Xәbәrlәr