Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərdi

Rusiyanın Cənub Hərbi Bazasının mətbuat xidmətindən verilən məlumata görə...

1620523
Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərdi

 

  Rusiya 15 döyüş gəmisini hərbi qüvvələrinin yoxlanılması məqsədilə Qara dənizə göndərib.

  Rusiyanın Cənub Hərbi Bazasının mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizindəki donanmaya aid 15 döyüş gəmisi Qara dənizə göndərilib. Bunun Rusiya hərbi qüvvələrinin yoxlanılması üçün edildiyi bildirilib.

  Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoygu 6 apreldə Rusiya hərbi qüvvələrinin döyüşə hazırlıq vəziyyətilə bağlı yoxlamalara başladığını, ölkənin müxtəlif bölgələrindəki poliqonlarda taktiki təlimlərin icra ediləcəyini və bu çərçivədə apreldə 4048 hərbi manevrin olacağını söyləmişdi.



Әlaqәli Xәbәrlәr