İraq prezidenti Bərham Saleh İraq Türkmən Cəbhəsinin sədrini qəbul edib

İraq prezidenti Bərham Saleh ilə İraq Türkmən Cəbhəsinin (ITF) sədri Həsən Turan Kərkükün təhlükəsizliyi və sabitliyi ilə əlaqədar məsələləri müzakirə ediblər.

1620518

İraq Prezidentliyinin yazılı açıqlamasına görə, Saleh İraq Türkmən Cəbhəsinin sədri Həsən Turanı Bağdaddakı Prezident Sarayında qəbul edib.

Kərkükdəki xidmətlər başda olmaqla aktual mövzuların müzakirə olunduğu görüşdə şəhərin komponentləri arasındakı dialoqun dəstəklənməsi, təhlükəsizliyi və sabitliyinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Açıqlamada bildirilib ki, Kərkükdə təxirə salınmış məsələlərin konstitusiya yolu ilə həll edilməsinin vacibliyi dilə gətirildi. Ayrı-seçkilik etmədən şəhər sakinlərinin yaşayış şərtlərinin yaxşılaşdırılması lazımdır və bütün həll yolları xalqın iradəsindən asılı olmalıdır.
Açıqlamaya görə, Saleh yığıncaqda "Kərkük təbii və insan resursları ilə zəngin bir şəhərdir. Bu vəziyyətin Kərkük xalqına müsbət təsirləri olmalıdır. Kərkükdə sabitliyi pozan terrorçuların qarşısını almaq lazımdır" deyib. 

Turan da prezident Salihə Kərkükdəki dinc həyatı dəstəklədiyinə görə təşəkkür edib.

Әlaqәli Xәbәrlәr