İranın Nətanz Atom Elektrik Stansiyasında qəza baş verdi

İranın Atom Enerjisi üzrə Dövlət Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndinin məlumatına görə...

1618903
İranın Nətanz Atom Elektrik Stansiyasında qəza baş verdi

 

  Aprelin 11-i səhər saatlarında İranın Nətanz Atom Elektrik Stansiyasında qəza olub.

  İranın Atom Enerjisi üzrə Dövlət Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndinin məlumatına görə, qəza elektrik şəbəkəsində baş verən qısa qapanma nəticəsində baş verib.

  Mühafizəçilərin müdaxiləsi ilə meydana çıxan yanğın söndürülüb. Hazırda araşdırma aparılır.

  Qeyd edək ki, Nətanzda bir neçə dəfə qəza baş verib. Hətta ötən il bu stansiyada terror aksiyasına cəhd də olub. Lakin İranın xüsusi xidmət orqanları aksiyanın qarşısını alıblar.



Әlaqәli Xәbәrlәr