Qırmızı dənizdə üzən İran gəmisində partlayış olub

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə bu barədə məlumat yayıb.

1616465
Qırmızı dənizdə üzən İran gəmisində partlayış olub

Bildirib ki, Qırmızı dənizdə üzən İslam İnqilabı Keşikçiləri Korpusuna (IRGC) məxsus Saviz adlı gəmidə partlayış olub. Dünən yerli vaxtla saat 06.00 radələrində Eritreya sahillərində baş verən hadisə nəticəsində gəmidə zədələnmə olub. Partlayışa nəyin səbəb  olduğuna dair araşdırmaların davam etdiyini ifadə edən Hatibzadə can itkinin olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr