“Bu, İranın zəfəridir və kiçik görünməməlidir”, H.Ruhani

Həsən Ruhani Avstriyanın paytaxtı Viyanada martın 6-da Fransa, İngiltərə, Çin, Rusiya, Almaniya (4+1 ölkələri) və İranın yüksək rütbəli siyasətçilərinin qatıldığı toplantıya münasibət bildirərək deyib...

1616811
“Bu, İranın zəfəridir və kiçik görünməməlidir”, H.Ruhani

 

  İran prezidenti Həsən Ruhani nüvə müqaviləsinin canlandırılmasında yeni bir dövrə şahid olduqlarını söyləyib.

  Paytaxt Tehranda Nazirlər Kabineti yığıncağından sonra çıxış edən Həsən Ruhani Avstriyanın paytaxtı Viyanada martın 6-da Fransa, İngiltərə, Çin, Rusiya, Almaniya (4+1 ölkələri) və İranın yüksək rütbəli siyasətçilərinin qatıldığı toplantıya münasibət bildirərək deyib: "Son günlər nüvə müqaviləsinin canlandırılmasında yeni bir dövrə şahid oluruq. Müqaviləyə bağlı ölkələr Vyanada toplandı. İclaslar İran ilə 4+1 və Amerika Birləşmiş Ştatları ilə 4+1 şəklində edildi. Hər necə olursa olsun, nüvə müqaviləsinə əməl etməkdən başqa çarənin olmadığı göründü: tərəfdar ölkələr nüvə müqaviləsinin tam tətbiqi nəticəsinə gəldilər.

  ABŞ maksimum təzyiq siyasətinin uğursuz olduğunu və müzakirələrdən başqa bir yol olmadığını açıq şəkildə dilə gətirdi: “Hazırsınızsa, ciddi müzakirə edə bilərik, deyilsinizsə, 4+1 ölkələriylə danışaq”. Bu sözlər İranın zəfəridir və kiçik görünməməlidir.

  ABŞ nüvə müqaviləsinə qayıtdığı zaman İran da bütün öhdəliklərinə bağlı qalacaq.”



Әlaqәli Xәbәrlәr