Gürcüstan quru sərhədlərini açmaq niyyətindədir

Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsinə baş çəkib və ...

1615274
Gürcüstan quru sərhədlərini açmaq niyyətindədir

 

  Gürcüstan hökuməti qonşu ölkələrlə quru sərhədlərini açmaq niyyətindədir. Hökumət hesab edir ki, quru sərhədlərinin açılması iqtisadiyyatın sürətli inkişafına təkan verəcək.

  Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili Gürcüstan-Azərbaycan sərhədində yerləşən Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsinə baş çəkərək burada məntəqənin fəaliyyəti və infrastrukturu ilə maraqlanıb, tövsiyələrini verib və deyib: “Qaydalara riayət etmək və peyvəndləmə prosesində fəal iştirak sərhədləri açmağa imkan verəcək. Ona görə də bu gün hava sərhədləri ilə birgə quru sərhədlərini də açmağa şərait yaradan qaydalara ciddi şəkildə riayət etmək və vaksinazasiya prosesində fəal şəkildə iştirak etmək çox vacibdir”.



Әlaqәli Xәbәrlәr