Bolqarıstanda  keçirilən seçkilərdə ən çox səs  toplayan partiya "QERB" olub

4 aprel tarixində Bolqarıstanda keçirilən ümumi seçkilərdə heç bir partiya tək başına hökuməti formalaşdıracaq qədər səs toplaya bilməyib.

1615649
Bolqarıstanda  keçirilən seçkilərdə ən çox səs  toplayan partiya "QERB" olub

Bolqarıstan Mərkəzi Seçki Komissiyası yeni parlamentdə 6 partiya və ittifaqın təmsil olunmaq hüququ əldə etdiyini açıqlayıb.

Mərkəzi Seçki Komissiyasından yayılan açıqlamada bildirilib ki, bülletenlərin 99%-u təsnif edilib. Bu nəticələrə görə Baş nazir Boyko Borisovun rəhbərlik etdiyi QERB (Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar) partiyası səslərin 26,14%-ü toplayaraq məclisdə ən çox mandatla təmsil olunacaq partiya olub. Daha əvvəl üç dəfə baş nazir olmuş Boyko Borisov, yenidən baş nazirliyə namizəd olsa da partiyası parlamentdə səs çoxluğuna sahib olmadığı üçün digər güclərin dəstəyi ilə "texnokratlar hökuməti" qurulmasını təklif edib.

Qeyd edək ki, seçkilərin yetun nəticələri elan edildikdən sonra Prezident Rumen Radevin, hökuməti formalaşdırma səlahiyyətini Borisova verəcəyi, lakin ölkədəki siyasi qütbləşmə səbəbindən koalisiya danışıqlarının çətin olacağı proqnozlaşdırılır.

 

 



Әlaqәli Xәbәrlәr