ABŞ-ın nüvə müqaviləsinə qayıdışı Vyanada müzakirəyə çıxarılır

İran Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılıb ki...

1614481
ABŞ-ın nüvə müqaviləsinə qayıdışı Vyanada müzakirəyə çıxarılır

 

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının nüvə müqaviləsinə qayıdışı mövzusunu müzakirə etmək üçün 6 apreldə Viyanada ediləcək yığıncağında Avropa ölkələrindən sərbəst mövqe bildirmələrini gözlədiklərini söyləyib.

  İran Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılıb ki, Məhəmməd Cavad Zərif ingiltərəli həmkarı Dominik Raab ilə telefonda danışaraq İrana qarşı bütün sanksiyaların aradan qaldırılması və nüvə müqaviləsinin Avropa tərəfinin şərtlərinin yerinə yetirilməsini rəsmi Tehran da təsdiq etməlidir.

  İran naziri ABŞ-ın nüvə müqaviləsinə dönmə ehtimalının müzakirə olunacağı Vyana yığıncağında Qərb ölkələrinə səslənərək yaradıcı duruş sərgiləmələri üçün çağırış edib və "Ancaq bu şəkildə müqaviləyə geri dönərik" sözlərini işlədib.

  İngiltərənin xarici işlər naziri Dominik Raab ölkəsinin Vyana toplantısından məhsuldar nəticə almaq üçün səy göstərəcəyini söyləyib.

  Qeyd edək ki, ABŞ-ın nüvə müqaviləsinə qayıdışını müzakirə etmək üçün Avropa İttifaqı, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə və İranın yüksək vəzifəli nümayəndələri 6 apreldə Avstriyanın paytaxtı Vyanada üz-üzə bir araya gələrək İrana qarşı embarqonun qaldırılması və nüvə müqaviləsinin tam qaydada tətbiq olunması mövzusunu müzakirə edəcəklər.



Әlaqәli Xәbәrlәr