Gürcüstan camaatı “komendant saatı”nın ləğvini tələb edir

Aprelin 3-də “komendant saatı”nın ləğvi tələbi ilə əlaqədar Tbilisidə aksiya keçirilib

1614212
Gürcüstan camaatı “komendant saatı”nın ləğvini tələb edir

 

  Gürcüstanın paytaxtı Tbilisidə əhali koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçən ilin noyabr ayından tətbiq olunan "komendant saatı"nın ləğvini tələb edir.

  Aprelin 3-də “komendant saatı”nın ləğvi tələbi ilə əlaqədar Tbilisidə aksiya keçirilib.

  Vətəndaş hərəkatları və bəzi müxalifət partiyalarının üzvləri musiqi sədaları altında filarmoniyadan parlamentə doğru yürüşə başlayıblar.

  Tbilisinin mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Yürüş iştirakçıları “komendant saatı”nın, eləcə də koronavirusla əlaqədar vətəndaşlara tətbiq olunan cərimələrin ləğvini tələb ediblər.

  “Utanc” hərəkatının üzvü Qiqa Makaraşvilinin sözlərinə görə, aksiya iştirakçıları bütün gecəni parlamentin qarşısında qalacaqlar.



Әlaqәli Xәbәrlәr