Livanda suriyalı miqrantlara işgəncə iddiaları artır

Livan Baş prokuroru Ghassan Owaydat, hərbi məhkəmədən  tələb  edib ki,  Suriyalı qaçqınlara işgəncə verməkdə günahlandırılan təhlükəsizlik qüvvələri ilə bağlı istintaq başlatdsın.

1611165
Livanda suriyalı miqrantlara işgəncə iddiaları artır

Livan rəsmi xəbər agentliyinin məlumatına görə, Baş prokuroür Üveydat, Amnesty International-ın terror ittihamına məruz qalan qaçqınlara işgəncə ilə bağlı hesabatında qeyd olunan məsələnin araşdırılmasını istəyib.

Amnesty International-ın 23 Martda yayımlanan hesabatında, 4-ü uşaq olmaqla 26 Suriyalı qaçqının Livandakı təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif qanun pozuntularına və işgəncələrə məruz qaldıqlarına  diqqət  çəkilib.  2014-2021-ci illərdə Livanda tutulan qaçqınlar terror təşkilatı DEAŞ üzvü olmaqda günahlandırılır. Livan Polis İdarəsi himayələrində  olan  zabitlərin  qaçqınlara qarşı humanitar vəzifələrini yerinə yetirdiyini  irəli  sürüb  və təşkilatdan iddialara  dair video  görüntüləri özlərinə çatdırmasını tələb edib.  



Әlaqәli Xәbәrlәr