Paşinyan aprel ayında istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcəyini açıqladı

1609991
Paşinyan aprel ayında istefa verəcək

 

  Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında istefa verəcəyini açıqladı.

  Ermənistanın Armavir rayonunda çıxışı zamanı ölkədə iyunda keçiriləcək erkən parlament seçkiləri ilə əlaqədar şərhlər verən Paşinyan deyib: “Apreldə istefa verəcəyəm. Ancaq bunu iqtidardan getmək üçün deyil, erkən seçkilərə görə edəcəyəm."

  N.Paşinyan istefasından sonra 20 iyunda olacaq erkən parlament seçkilərinə qədər müvəqqəti baş nazir vəzifəsini icra edəcək.



Әlaqәli Xәbәrlәr