İsraildə seçkilərin qalibi yenə Netanyahu oldu

İsraildə dünən (23 Mart) parlamentə (Knessetə) keçirilmiş seçkilərdə baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu "Likud" Partiyası qalib gəlib və 120 yerdən 33-nü əldə edə bilər.

1607308
İsraildə seçkilərin qalibi yenə Netanyahu oldu

Ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri belə qənaətə gəlməyə əsas verir.

Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da bağlanmasından sonra açıqlanıb.

Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatı ilə müxalifətçi Yair Lapidin “Eş Atid” partiyası tuta bilər. 

Sorğunun nəticələrinə görə, 3-cü yerdə 9 mandatla ŞAS partiyası qərarlaşıb. Bu partiyalarla bağlı analoji məlumatları "12-ci telekanal" da təqdim edib.



Әlaqәli Xәbәrlәr