İraq ordusu DEAŞ-lı 37 terrorçunu məhv edib

İraq ordusu Mosulun dağlıq bölgələrində terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatda 27 terrorçunun öldürüldüyünü bəyan edib.

1607783
İraq ordusu DEAŞ-lı 37 terrorçunu məhv edib

İraq ordusu Mosulun dağlıq bölgələrində terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatda 27 terrorçunun öldürüldüyünü bəyan edib. 

İraq Silahlı Qüvvələrin sözçüsü briqadir Yəhya Rəsul yazılı açıqlamasında orduya bağlı terrorla mübarizə qruplarının ölkənin şimalında Mosulun Mahmur dağları bölgəsində 14 gün davam edən əməliyyat həyata keçirdiyini bildirib.

Əməliyyatda müəyyən edildiyinə görə, 27 terrorçunun öldürüldüyünü ifadə edən Rəsul dağlıq və qayalıq bölgədə hava hücumları nəticəsində çökük altında qalan terrorçuların meyidlərinin tapılmadığı üçün dəqiq ölü sayının hələ bilinmədiyini əlavə edib. 

Rəsul antiterror qruplarının DEAŞ Əleyhinə Beynəlxlaq Koalisiya ilə Qarşı Beynəlxalq Koalisiya ilə İraq ordusunun helikopterləri və döyüş təyyarələri tərəfindən havadan dəstəkləndiyini bildirib. 

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərinin tamamilə, Diyala və Kərkükün bəzi hissələrini ələ keçirmiş, bu bölgələr illər ərzində təşkilatdan geri alınmışdı.

İraqın keçmiş Baş naziri Heydər əl-İbadi 9 dekabr 2017-ci il tarixində DEAŞ-a qarşı zəfər elan etmişdi.

İraqın DEAŞ-dan təmizlənməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, təşkilat bu vilayətlərin kənd yerlərində hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr