Aİ-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün irəli sürülən şərtlər

Avropa İttifaqı Rusiya ilə münasibətlərin yaxşılaxdırılması üçün bir sıra şərtlər irəli sürüb.

1606568
Aİ-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün irəli sürülən şərtlər

Avropa Şurası Başçısı Çarlz Mişel ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında Aİ-Rusiya münasibətlərinin müzakirə edildiyi bildirilib.

Çarlz Mişel ilə Rusiya Prezidenti Vladimir Putin arasındaki telefon danışığından sonra Alyansdan yayılan açıqlamada: “Rusiya ilə münasibətlərin normallaşması üçün Moskva Şərqi Ukraynadakı münaqişələri dayandırmağı məqsəd götürən Minsk Sazişini həyata keçirməli və kiber hücumları dayandırmalıdır, həmçinin insan haqlarına hörmət göstərməlidir”.

Avropa İttifaqının açıqlamasında həmçinin bildirilib ki, Mişel danışıq zamanı Rus dissident Aleksey Navalnıyın sərbəst buraxılmasını tələb edib və ona qarşı sui-qəsd cəhdinin şəffaf araşdırılmasını istəyib. Rus şirkətinin hazırladığı “Sputnik V” peyvəndinin Avropa Dərman Agentliyində ilkin qiymətləndirilməsi də Mişel ilə Putinin gündəmində olub.



Әlaqәli Xәbәrlәr