Rasulayn qəsəbəsində partlayış, ölü və yaralılar var

Suriyada Türk silahlı qüvvələrinin Sülh Bulağı Əməliyyatı nəticəsində separatçı terror təşkilatı YPG / PKK üzvü quldurlardan təmizlənən Rasulayn qəsəbəsində partlayış baş verib.

1605869
Rasulayn qəsəbəsində partlayış, ölü və yaralılar var

Şanlıurfanın Ceylanpınar qəsəbəsinin qarşısında Suriya ərazisində yerləşən Rasulayn rayonunda Türkiyə vaxtı ilə saat 01.00 radələrində partlayış baş verib.

Rasulayndakı xəstəxana səlahiyyətlilərinin məlumatına görə səbəbi bilinməyən hadisə nəticəsində ikisi uşaq olmaqla 4 mülki həyatını itirib. Dinc əhalidən 9 nəfər yaralanıb. Partlayışın baş verdiyi evdə ciddi ziyan qeydə alınarkən təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəli istintaq başladıb.

 



Әlaqәli Xәbәrlәr