İran problemlərin həlli üçün "ən yaxşı yol" təklif edir

İran Prezident Aparatından verilən məlumata görə...

1596921
İran problemlərin həlli üçün "ən yaxşı yol" təklif edir

 

  İran prezidenti Həsən Ruhani rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) öz vəzifəsini icra etməsi üçün əməkdaşlığa həmişə hazır olduqlarını söyləyib.

  İran Prezident Aparatından verilən məlumata görə, paytaxt Tehranda İrlandiya xarici işlər naziri Saymon Kovenini (Simon Coveney) qəbul edən Ruhani onunla nüvə müqaviləsi və UAEA ilə əməkdaşlıq mövzularını müzakirə edib.

  H.Ruhani deyib: “İran parlamentinin qəbul etdiyi qanuna uyğun olaraq NPT çərçivəsində 2016-cı ildən bu yana könüllü olaraq tətbiq etdiyimiz Əlavə Protokoldan ayrıldıq. Bununla da NPT Əlavə Protokolunun tətbiqi dayandı. Ancaq İran bağlanılan razılaşmaya əsasən UAEA-nın öz vəzifəsini icra etməsi üçün əməkdaşlığa hazırdır.  

  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Amerika Birləşmiş Ştatlarının sabiq rəhbərliyinə qarşı uyğun mübarizə aparmalıdır.

  İran bölgədəki böhranın həlli üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Problemlərin həlli üçün ən yaxşı yol qarşılıqlı hörmətə söykənən müzakirələr və bütün təhdid və təzyiqlərdən uzaq olmaqdır.  

  Nüvə müqaviləsinin canlandırılması ABŞ-ın sanksiyaları qaldırması və tərəflərin qaydalara tam riayət etməsilə bağlıdır. Avropa İttifaqı ölkələri addım atmalıdır, amma heç nə etmir.

  İran nüvə müqaviləsinə sadiq qaldı və ağır bədəl ödəyən tək ölkə oldu, ancaq vəziyyət bu şəkildə davam edə bilməz. Razılaşmanın qorunması və canlandırılması üçün bütün tərəflərin 2231 saylı BMT TŞ qərarına uyğun gəlməsi zəruridir. ABŞ sanksiyaları qaldırdığı, təhdid və təzyiq siyasətini kənara qoyduğu zaman İran vaxt itirmədən nüvə müqaviləsi şərtlərini yerinə yetirəcək”.

  İrlandiya xarici işlər naziri Saymon Koveni isə İran prezidenti ilə söhbətində nüvə müqaviləsini "sülh üçün qiymətli beynəlxalq razılaşma" adlandırıb və: “İrlandiyanın BMT TŞ-nin müvəqqəti üzvü olsa da, bu istiqamətdə səy göstərməyə davam edəcək. Şərtlərin yüngülləşdirilməsi və tərəflərin təkrar müzakirələrə başlaması üçün hər cür rolu oynamağa hazırıq”.



Әlaqәli Xәbәrlәr