Nazənin Zağari-Retklif azadlığa çıxdı

Onun vəkili müvəkkilinin nə vaxt İranı tərk edəcəyinə dair hələlik dəqiq məlumatının olmadığını bildirib

1596686
Nazənin Zağari-Retklif azadlığa çıxdı

 

  İranda cəsusluq maddəsi ilə 2016-cı ildə həbs olunan və cəzası sona çatan İran-İngiltərə ikili vətəndaşı Nazənin Zağari-Retklif (Nazanin Zaghari-Ratcliffe) azadlığa çıxıb. Onun vəkili müvəkkilinin nə vaxt İranı tərk edəcəyinə dair hələlik dəqiq məlumatının olmadığını bildirib.

  Xatırladaq ki, Nazənin Zağari-Retklif 2016-cı ildə İrandan İngiltərəyə qayıdarkən aeroportda nəzarətə alınıb, "hökuməti ortadan qaldırmaq üçün cəsusluq"da ittiham edilərək 5 il müddətinə həbs olunmuşdu.

  Dövrün İngiltərə xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt) Zağarinin rəsmi Tehran tərəfindən diplomatik hədəflər üçün girov götürüldüyünü, mühakimə müddəti və tibbi müayinə əskikliyini səbəb göstərərək onun üçün İngiltərə hökuməti tərəfindən diplomatik qoruma təmin edildiyini söyləmişdi. Tehran rəhbərliyi isə ikili vətəndaşlığı tanımadığını və buna görə İngiltərənin Zağarini diplomatik qoruma qərarının etibarlı olmadığını bildirərək İngiltərəni İranın daxili işlərə qarışmaqda təqsirləndirmişdi.



Әlaqәli Xәbәrlәr